Turist özünün və sevgilisinin adını Kolizeyin divarına yazdı – VİDEO

Dünya


İtaliyanın hüquq-mühafizə orqanları 1-ci əsrə aid arxeoloji abidə olan Roma Kolizeyinin divarına özünün və sevgilisinin adını yazan gənci axtarır.

Məlumata görə, hərəkətləri digər ziyarətçilər tərəfindən lentə alınan və sosial şəbəkələrdə yayımlanan turisti 15 min avro cərimə və 5 ilə qədər həbs gözləyir. Qanunu pozanlar mədəni sərvətlərə ziyan vurmaqda ittiham olunacaqlar.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Bir çox turist iki min il əvvələ aid sivilizasiya abidəsinin divarlarında öz “izlərini” qoymağa çalışır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir