Güləşçimiz Avropa çempionu oldu – FOTO

Dünya


İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

resmixeber.az xəbər verir ki, yunan-Roma güləşçimiz 4 medal qazanıb.

Martda 60 kiloqram çəki dərəcəsində U-23 Avropa çempionatının qalibi olan Elmir Əliyev (55 kq) çətinlik çəkmədən finala yüksəlib. E.Əliyev ispaniyalı Xames Kastano (9:0), fransalı İliyan Aynau (7:0), türk Muhammet Emin Çakır (10:1) və ermənistanlı Homeros Arakelyan (8:0) üzərində böyük hesablı qələbə qazanıb. Güləşçimiz finalda ukraynalı Marko Voloşinə də tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.

Fəraim Mustafayev (63 kq) bolqarıstanlı Xristiyan İvanova 9:0 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlsə də, ermənistanlı Yurik Hoveyanla gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məğlub ayrılıb – 5:8. Rəqib finaladək irəlilədiyi üçün millimizin üzvü təsəlliverici görüşdə iştirak hüququ qazanıb. F.Mustafayev çexiyalı Matous Yankeviçi mübarizədən kənarlaşdırıb – 3:0. Təmsilçimiz türk Furkan Erkenə də 13:10 hesabı ilə qalib gələrək bürünc medalı boynundan asıb.

Davud Məmmədov (77 kq) səkkizdəbir finalda ermənistanlı Vahe Hovannisyana şans tanımayıb – 7:1. Güləşçimiz növbəti mərhələdə ukraynalı Ruslan Abdiyevdən güclü olub – 4:2. İdmançımız yarımfinalda bolqarıstanlı Martin Dimitrovu da üstələyərək (7:1) adını Avropa çempionatının finalına yazdırıb. Pəhləvanımız həlledici görüşdə rumıniyalı Aleksandru Soloveyə 5:7 hesabı ilə uduzub və gümüş medalla kifayətlənib.

Mübarizəyə dörddəbir finaldan qoşulan Məzaim Mərdanov (130 kq) yunanıstanlı Axilles Xrisidisə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Estoniyalı Eerik Pankla görüş dramatik alınıb. 0:7 hesabıyla geri düşən Şəmkir güləş məktəbinin yetirməsi əsl əzmkarlıq nümayiş etdirərək yekunda 8:7 hesablı qələbə qazanıb. Təmsilçimiz finalda macarıstanlı Laşlo Darabosla bacarmayıb (0:9) və Avropa ikincisi olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir