33 il əvvəl özünə ən yaxşı sərmayəni yatıran səyyah: İllərdir bir biletlə dünyanı gəzir – FOTO

Dünya


ABŞ-nin Nyu-Cersi ştatının sakini Tom Stuker 1990-cı ildə olduqca cəzbedici təklifilə qarşılaşıb – “United Airlines”ın bütün reyslərinə 290 min dollara ömürlük bilet almaq.

Məbləğin az olmamasına baxmayaraq, amerikalı bileti alıb və bununla da həyatının sərmayəsini yatırmış olub.

33 il sonra 69 yaşlı Stuker dünyanın 1 nömrəli sərnişinidir. O, artıq 37 milyon kilometr (bu məsafə Yerdən Aya qədər olan məsafədən demək olar ki, 96 dəfə çoxdur – müəll.) uçub və 100-dən çox ölkəyə səfər edib. Beləliklə, Tom Stuker havada hər kəsdən çox vaxt keçirib. Stuker üçün ən məhsuldar il isə 2019-cu il olub. Həmin il 365 gün ərzində 373 uçuş zamanı havada ümumilkdə 2,35 milyon kilometr məsafə qət edib. Əgər bütün bu reyslərə biletləri nağd pulla alsaydı, bu, ona 2,44 milyon dollara başa gələcəkdi. Həvəskar səyyah bu bilet alışını “həyatda ən yaxşı investisiya” adlandırır.

Limitsiz uçuşlardan əlavə, Stuker inanılmaz məbləğdə yığılmış bonus uçuş millərinə də sahibdir ki, bu milləri dəbdəbəli otellərdə qalmağa, yaxınları üçün biletlər almağa, hətta xeyriyyə işlərinə sərf edir. O, bu bonuslarla qardaşının evini təmir etdirib, arvadını da artıq 120 dəfə “bal ayı”na aparıb. Bir dəfə amerikalı hətta məşhur “Seinfeld” sitkomunda epizodik rola görə 451 min aviamil əldə edib. Hava səfərləri zamanı dəfələrlə məşhur simalarda qarşılaşıb, məsələn, Bill Mürrey kimi tanınmışlarla söhbət etmək imkanı olub.

Aviaşirkət əslində Stukerə belə bir bilet satdığı üçün təəssüflənmək əvəzinə,  əksinə, onun adını “United Airlines”ın iki bortuna da qeyd edib. Stukerə həmişə premium xidmət göstərilir, qaynar xəttə zəng etdiyi zaman operatorlar Toma adı ilə müraciət edirlər, əsas sərnişin təyyarəyə “Mercedes”lə gətirilir. Təbii ki, Stukeri bir çox pilot və stüardessalar tanıyırlar.

Stukerin bu qədər gəzməsinə səbəb isə səyahət eşqidir. O, bir dəfə 12 sutka ardıcıl olaraq uçuşda olub. Tomun sözlərinə görə, hətta bir həftə uçmasa, onu uçuş həsrəti və kədər bürüyür. Bu qədər tez-tez uçmaqdan qorxub-qorxmaması ilə bağlı isə Stuker bildirib ki, göydə özünü yerdəkindən daha rahat və sakit hiss edir. Lakin illərlə davam edən uçuş təcrübəsi zamanı havada infarktdan 4 sərnişinin ölümünə də şahid olub.

Yeri gəlmişkən, aviaşirkət artıq ömürlük bilet satışını planlaşdırmır, ona görə də çətin ki, Stukerin hekayəsindən ilhamlanaraq onun rekordunu qırmaq mümkün olsun.

Mənbə: Kp.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir