Yunanıstanda keçirilən parlament seçkilərində hakim partiya qalib gəlib

Dünya


Bazar günü Yunanıstanda keçirilən parlament seçkilərində sabiq baş nazir Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi Yeni Demokratiya Partiyası qalib gəlib.

Hakim partiya  səslərin 93,09%-nin hesablanmasından sonra 40,52% səs toplayıb.

Bu barədə parlament seçkilərini təşkil edən Yunanıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə bir nəticə Yeni Demokratiyaya ölkənin 300 yerlik birpalatalı parlamentində 158 yer qazanmağa və hökuməti müstəqil şəkildə formalaşdırmağa imkan verəcək.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir