Ermənistan parlamentində yenə dava düşdü: Deputatlar bir-birilərinə “alçaq” dedilər – VİDEO

Dünya


Ermənistan parlamentində iqtidar və müxalifət partiyalarının nümayəndələri yenidən dava edib. Bu dəfə səbəb Vətəndaş Müqaviləsi Partiyasının vəfat etmiş deputatı Vigen Xaçatryanın anım mərasimi olub.

Bu barədə Ermənistan mediasında kadrlar yayılıb.

Hakim partiyanın fraksiya nümayəndələri çıxışlarına Xaçatryanın anım mərasimində təmsilçiləri iştirak etməyən müxalifəti qınamaqla başlayıblar. Cavabında “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan xatırladıb ki, anım mərasimində iştirak hər kəsin şəxsi işidir.

“Eyni şəkildə sizdən soruşa bilərik ki, siz general-mayor, deputat Manvel Qriqoryanın, Vigen Stepanyanın, Armen Qriqoryanın və başqalarının dəfn mərasimində olmusunuzmu?”, – deyə müxalifətçi deputat soruşub.

Buna cavab olaraq Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib ki, həmkarının anım mərasimində iştirak etməməyi müxalifətin vicdanına buraxır. Eyni zamanda, o, Minasyanı bu barədə paylaşımını oxumağa çağırıb və utanmalı olduğunu deyib.

Bundan sonra Simonyanla “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan arasında sözlü atışma baş verib. Parlament sədri müharibədə Ohanyan kimi generalların ucbatından uduzduqlarını bəyan edərək iclasdan gedib.

Fraksiya rəhbəri Hayk Konjoryanın sözlərinə görə, Ohanyan spikeri “alçaq” adlandırıb. Gərginlik o həddə çatıb ki, vitse-spiker Ruben Rubinyan deputatların qışqırtıları altında fasilə elan etmək məcburiyyətində qalıb və yayımı dayandırıb.

Qeyd edək ki, hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatı 72 yaşlı Vigen Xaçatryan iyunun 21-də infarktdan ölüb. 

Bu, Ermənistan parlamentində ilk belə hadisə deyil. May ayının sonlarında da Ermənistan parlamentində müxalifət və iqtidaryönlü deputatlar arasında dava düşmüşdü.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir