Xaçmazda taxıl sahəsində yanğın olub

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Yalama kəndi ərazisində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən resmixeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilməmiş taxıl sahəsində baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kənd əhalisinə məxsus ərazidə 0,1 ha sahədə biçilməmiş taxıl sahəsi və ətrafında 0,6 ha sahədə kol-kos, quru ot yanıb. Ətraf ərazilər, o cümlədən hava elektrik xətləri yanğından mühafizə olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir