“Ostankino” teleqülləsində bomba həyəcanı: Ziyarətçilər təxliyə edildilər

Dünya


Moskvada “Ostankino” teleqülləsində bomba təhlükəsi ilə bağlı anonim mesaj daxil olub.

Rusiya Fövqəladə Hallar Xidmətinin verdiyi məlumata görə, bütün ziyarətçilər təxliyə ediliblər.

“Hazırda təhlükəsizlik məqsədilə “Ostankino” qülləsinin bütün ziyarətçiləri təxliyə ediliblər. Hadisə yerində operativ xidmətlər, o cümlədən kinoloqlar işləyirlər”, – məlumatda bildirilib.

Qeyd edək ki, son məlumata görə, mütəxəssislər televiziya qülləsinə baxış keçirdikdən sonra heç bir təhlükə aşkar etməyiblər.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir