Tarixin ən çox gəlir gətirən turu: Elton Con vətənində son çıxışını etdi – FOTO/VİDEO

Mədəniyyət


Britaniyalı məşhur musiqiçi Elton Con vətənində son çıxışını edib. Vida konserti Qlastonberi Musiqi Festivalında baş tutub.

O, şouya 10 ildən bəri ifa etmədiyi  “Pinball Wizard” mahnısı ilə başlayıb. Bunun ardınca “Bennie and the Jets”, “Goodbye Yellow Brick Road”, “Your Song”, “Candle in the Wind”, “Tiny Dancer”, “I’m Still Standing”, “Don’t Go Breaking My Heart” və “Don’t Let the Sun Go Down” kimi hitləri ifa edib.

Konsert “Rocket Man” mahnısı və atəşfəşanlıqla başa çatıb.

Bundan əvvəl “Billboard” xəbər vermişdi ki, Elton Con hələ başa çatmamış vida turu zamanı rekord məbləğdə – 887 milyon dollar qazanıb. Mütəxəssislərin fikrincə, iyulun 8-də Stokholmda baş tutacaq sonuncu şouya qədər bu məbləğ 1 milyard dolları keçəcək.

Qeyd edək ki, Elton Conun vida turu hələ 2023-cü ilin yanvarında tarixin ən çox gəlir gətirən turu hesab olunub. Musiqiçı 278 konsertdən təxminən 820 milyon dollar toplayıb.

Turda ümumilikdə 333 konsert planlaşdırılır.

Qeyd edək ki, britaniyalı musiqiçinin 30 studiya albomu var. Onlar bütün dünyada 300 milyondan çox nüsxə ilə satılıb.

Mənbə: İzvestiya

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir