Türkiyədə gündəlik ixracat rekordu qırıldı – FOTO

Dünya


Türkiyə ixracatı ötən günü tarixi rekordla başa vurub.

Bu barədə ölkənin ticarət naziri Ömər Polad məlumat verib.

O, sosial media hesabında gündəlik ixrac rekordu ilə bağlı paylaşım edib.

“İxracımız 23 iyunda gündəlik tarixi rekordla 2 milyard 121 milyon dollar səviyyəsinə çatıb”, – nazir qeyd edib.

Polad bu göstəricinin 1977-ci ildəki illik ixrac (1 milyard 753 milyon dollar), 1999-cu ildəki aylıq ixracat dəyərinin (avqustda 1 milyard 940 milyon dollar) aşıldığına diqqət çəkib.

Nazir bütün bunların qlobal iqtisadiyyatdakı geriləmə fonunda baş verdiyini vurğulayıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir