Mbappe ilə bağlı gizli danışıqlar aparılır

Dünya


PSJ-nin hücumçusu Kilian Mbappe bu yay “Real Madrid”ə keçə bilər.

Bu barədə “El Debate” jurnalının əməkdaşı Tomas-Qonsales Martin məlumat verib.

Onun sözlərinə görə, Mbappenin anası parislilərlə bir neçə ay gizli danışıqlar aparıb. O, transfer məsələsini tez bir zamanda başa çatdırmaq istəyir.

PSJ 24 yaşlı hücumçu üçün 250 milyon avro birdəfəlik ödəniş və 50 milyon avro bonus tələb edir. Madrid klubu maksimum 200 milyon avro birdəfəlik ödəniş və 20 milyon avro bonus təklif etməyə hazırdır. Tərəflər danışıqları davam etdirirlər.

Qeyd edək ki, iyunun 12-də mətbuatda Mbappenin PSJ rəhbərliyinə rəsmi məktub göndərərək  heç bir halda 2025-ci ilə qədər komandada qalmayacağını bildirdiyi barədə məlumat yayılıb. PSJ  hazırda qüvvədə olan müqavilənin sonunda – gələn ilin yayında hücumçunu pulsuz buraxmamaq üçün təcili olaraq ona alıcı axtarır.

Mənbə: gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir