Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının prezidenti ilə görüşüb – YENİLƏNİB + FOTO

Siyasət


25 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovats Siamaşvili və Baş direktorun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və UNESCO arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycanın UNESCO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində təşkil olunan çoxsaylı beynəlxalq layihələrin əhəmiyyəti vurğulanıb. 

Ölkəmizin cari ilin 26-29 iyun tarixlərində dünyada bədən tərbiyəsi və idman sahəsində ən əhəmiyyətli tədbirlərdən biri olan Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransına (MINEPS) ev sahibliyi etdiyi və bir çox ölkələrdən yüksək səviyyəli rəsmilərin iştirakı məmnunluqla qeyd olunub.

Ceyhun Bayramov post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa və yenidənqurma işləri, Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə, eləcə də mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsinin görülən bərpa-quruculuq işlərinə və sülh səylərinə təhdid olduğu bildirilib.

UNESCO İcraiyyə Şurasının sədri Tamara Rastovats Siamaşvili, Azərbaycanın UNESCO ilə aktiv əməkdaşlıq etdiyini bildirərək, MINEPS-in Bakıda keçirilməsinin bu əməkdaşlığın bariz nümunələrindən biri olduğunu bildirib. Bu xüsusda, sözügedən tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi səylərə görə Azərbaycana təşəkkür ifadə olunub.

Baş direktorun müavini Qabriela Ramos məsul olduğu sosial və humanitar elmlər sahəsində UNESCO tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər, o cümlədən mədəniyyətlərarası dialoq, sosial innovasiyalar, süni zəka və idman fəaliyyəti kimi bir sıra istiqamətlər barədə ətraflı məlumat verib. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

14:52

UNESCO-nun İcraiyyə Şurasının prezidenti Tamara Rastovats Siamaşvili Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Bununla bağlı Tamara Rastovats Siamaşvili “Twitter” hesabında yazıb.

“Azərbaycanda olmaqdan və Ceyhun Bayramovla görüşməkdən qürur duyuram. UNESCO-nun İcraiyyə Şurasının fəaliyyəti üçün bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi apardıq”, – o bildirib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir