Serbiya prezidenti “Vaqner”in üsyan cəhdinə xarici müdaxilədən danışdı

Dünya


“Vaqner” özəl hərbi şirkətinin hərbi çevriliş cəhdində xarici müdaxilə olub”. 

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Onun sözlərinə görə, Rusiyada baş verənlərin böyük nəticələri olacaq və indi ölkə başçısı Vladimir Putinin qarşısında xüsusilə çətin vəzifə durur.

Vuçiçin fikrincə, hərbi şirkətə böyük güc vermək qərarı səhv idi.

“Kənardan kimin bu işə qarışdığını söyləmək istəmirəm, amma şübhə etməyin, heç bir şübhə olmamalıdır… Bizdə xarici xidmətlər hər zaman saysız-hesabsız işlərlə məşğuldur”, – deyə Vuçiç bildirib.

O, hadisə nəticəsində Rusiyanın yeddi helikopterinin vurulduğuna, qiyam cəhdinin isə Putinin kəskin, qəti və aydın reaksiyası sayəsində başa çatdığına diqqət çəkib.

Mənbə: Vedomosti

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir