Daşkəsəndə orta məktəbdə maaşların mənimsənilməsi ilə bağlı cinayət işi başlanıb

Kriminal


Daşkəsən rayon Şahvələdli kənd ümumi orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Daşkəsən Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalar zamanı qeyd olunan məktəbin direktoru Roman Tağıyevin 2020-23-cü illər ərzində əsassız olaraq əməkhaqqı ödənilməsi ilə bağlı dövlət büdcəsindən ayrılmış pul vəsaitini mənimsəməsi və sair qanunsuz hərəkətlər etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.2 (təkrar mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir