Rusiya təyyarələri bazarda 9 nəfəri öldürdü

Dünya


Rusiyaya məxsus döyüş təyyarələri Suriyanın İdlib bölgəsinin Cisr əş-Şuqur rayonu ərazisinə hava zərbələri endirib.

Məlumata görə, rayonun mərkəzində yerləşən meyvə-tərəvəz bazarı vurulub.

Bazarın bombalanması nəticəsində 9 mülki şəxsin öldüyü, 30 nəfərin yaralandığı bildirilir.

Hələlik Rusiya tərəfi insidentlə bağlı açıqlama verməyib.

Mənbə: Anadolu

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir