“Vaqner” özəl hərbi şirkəti ilə Rusiya Müdafiə Nazirliyinin qoşunları arasında silahlı qarşıdurma fonunda Moskvanın “Vodnik” və “Butırka” istintaq təcridxanalarında məhbusların kütləvi iğtişaşlarının başladığı iddia edilib.
Bu barədə Rusiya mediasında xəbər yayılıb.
Belə ki, “Avtozak LIVE” və “SOTA” “Telegram” kanalları “Vodnik” həbsxanasından olduğu iddia edilən səs yazısını dərc ediblər. Audioyazıda fit səsləri və qışqırıqlar eşidilir.
Rusiyanın təhlükəsizlik qüvvələri ilə əlaqəli olan VÇK OPQU “Telegram” kanalı isə “Butırka” istintaq təcridxanasının iğtişaşlara qoşulduğu barədə xəbər verib.
Bu təcridxanalarda siyasi məhbusların saxlanıldığı bildirilir.
Moskva Federal Penitensiar Xidməti paytaxtın istintaq təcridxanalarında iğtişaşlar barədə məlumatları təkzib edib.
www.RESMIXEBER.az