Konstantin Kalaçov: “Rusiyanın tarixi təkrarlanır” – RF-dən Priqojinin üsyanına ŞƏRH

Dünya


Rusiya Prezidenti Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin hərəkətlərini silahlı qiyam adlandırıb. Ancaq eyni zamanda, Rusiya lideri nə qiyamçı ÖHŞ-nin, nə də rəhbəri – Yevgeni Priqojinin adını çəkib.

Ümumiyyətlə, necə oldu ki, Rusiya Federasiyasında onminlərlə insandan ibarət silahlı birləşmə ölkənin hərbi və siyasi rəhbərliyinə meydan oxudu? resmixeber.az şərh üçün tanınmış rusiyalı politoloq Konstantin Kalaçova müraciət edib:

– Hamı bu gün və sabah nə olacağını müzakirə edir. Halbuki bir, iki, beş, 10 ildən sonra nə olacağını müzakirə etmək lazımdır. Rusiyanın Qarışıqlıq dövrünə daxil olması perspektivləri aydın şəkildə ortaya çıxır. Priqojin isə burada, sadəcə, bir tətikdir.

Belə vəziyyət isə ona görə mümkün oldu ki, Rusiyanın tarixi təkrarlanır. Heç kim də qapalı dairəni yarmaq istəmir. Əksinə, ölkəni arxaikliyə qərq edirlər, cavabları keçmişdə axtarırlar, yenidənqurma və kospleylə məşğuldurlar.

– Vladimir Putin çıxışında misal kimi fevral inqilabının baş verdiyi 1917-ci ili qeyd etdi. “Vaqner” isə, bizim bir müddət əvvəl söhbət etdiyimiz rusiyalı ekspertin dediyi kimi, vətəndaş müharibəsi dövründəki Çexoslovakiya korpusuna bənzəyir.

– Bəlkə də, belə bir müqayisə mümkündür. Zira, Priqojin general Kornilova qədər çatmadı. Amma mən daha dərinə – İvan Qroznının dövrünə gedərdim.

Ötən gün çox böyük bir “Telegram” kanalı Priqojin haqqında dağıdıcı şərh istədi. Mən imtina etdim. Söhbətdən aydın oldu ki, Priqojinin üzərinə “fas” komandası verilib. Bu cür müraciət faktları özü çox şeydən xəbər verir. O cümlədən, nüfuzlu şərhçilər tapmaq asan deyildi.

Amma qiyama qədər gedəcəyini gözləmirdim. Ukraynalıların nəzəri uğuru halında, yaxud bir az sonra müdafiə nazirinin istefası reallaşacağı halda vəziyyətin kəskinləşməsini gözləyirdim…

İndi də Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqunun səhmləri qalxıb. Amma nə mənası var? Sistem artıq zəiflik və daxili ziddiyyətlər nümayiş etdirib…

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir