Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsi yaranıb – FOTO

Cəmiyyət


Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəlimməmədli mənzilində sel təhlükəsi yaranıb.

Bu barədə ”Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, son günlər yağan güclü yağışlan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb.

Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvə səfərbər olunub.

Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir