“Çelsi”nin daha bir futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir

Dünya


İngiltərənin “Çelsi” klubunun futbolçusu Kalidu Kulibali karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

İtalyan insayder Fabritsio Romanonun yaydığı məlumata görə, 31 yaşlı müdafiəçi “Əl-Hilal”la anlaşıb. Seneqallı oyunçu artıq tibbi müayinədən keçib.

2022-ci ildə İtaliya “Napoli”sindən London təmsilçisinə transfer olunan Kulibali ötən mövsüm “zadəganlar”ın heyətində 32 matçda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, daha əvvəl “Çelsi”nin üzvlərindən Hakim Ziyeş “Ən-Nəsr”ə, Eduard Mendi “Əl-Əhli”yə, N Qolo Kante isə “Əl-İttihad”a keçib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir