Parlament avtomobillərin utilizasiyası ilə bağlı dəyişiklikləri qəbul etdi

Siyasət


Milli Məclisin bu gün keçirilən iclasında “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

resmixeber.az xəbər verir ki, dəyişikliklərdə Azərbaycanda istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobilləri üçün utilizasiya haqqının müəyyənləşdirilməsi, köhnə avtomobillərin utilizasiyası fondunun yaradılması, köhnə avtomobilləri utilizasiyaya verən şəxslərə yeni avtomobil alan zaman güzəşt tətbiq edilməsi, avtomobillərin utilizasiyaya verilməsi prosedurunun müəyyənləşdirilməsi, avtomobillərin utilizatorlarının reyestrinin aparılması və s. nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir