Bakının memarlığı: Elçin Əliyev “Nine Senses”də mühazirə oxuyacaq

Mədəniyyət


Tanınmış memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev bu gün “Nine Senses” incəsənət mərkəzində “Bakının memarlığı” mövzusunda mühazirə ilə çıxış edəcək.

35 illik peşəkar fəaliyyəti ərzində o, beynəlxalq mükafatlara layiq görülmüş 70-dən çox memarlıq və dizayn layihəsini tərtib edərək həyata keçirib.

O, dünya memarlıq konqreslərinin fəal iştirakçısıdır.

Onun “Konstruktivizm dövrünün 1920-30-cu illərində Bakının memarlığı” kitabı Şərqi Avropa və MDB ölkələri arasında ilin ən yaxşı çap nəşri üzrə XIV Beynəlxalq müsabiqənin I dərəcəli diplomuna layiq görülüb.

2016-cı ildə E.Əliyev Bakı Memarlıq Klubunun prezidenti seçilib.

2017-ci ildə (yazıçı G.A.Rzayeva ilə birlikdə) “Pəncərə – mədəniyyətə baxış” Ziyalılar Klubunu təsis edib.

2018-ci ildə memar E.Əliyevin Zirə kəndində məscid layihəsi memarlıq üzrə “Ağa Xan Mükafatı”na namizəd olub.

O, həm də Azərbaycan Respublikası Memarlar İttifaqının idarə heyətinin üzvüdür, həmçinin şəhər landşaftının inkişafı ilə bağlı fikirlərini cəsarətlə bölüşdüyü bloqu var. Müəllif paytaxtın həm mövcud, həm də itirilmiş memarlıq obyektlərindən yazır, laqeyd olmayan vətəndaşları qədim memarlıq fonduna qayğı ilə yanaşmağa çağırır.

Ünvan: “Art center Nine Senses”

“Sea Breeze Resort”, Nardaran, 31 (“LANDAU School”un yanı)

İştirakı (055) 255-54-12 nömrəsinə zəng edərək və ya “Instagram”da @9senses_azerbaijan səhifəsinin direktinə yazmaqla təsdiqləmək lazımdır.

Giriş sərbəstdir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir