Qusar polisindən əməliyyatlar: Saxlanılanlar var – FOTO/VİDEO

Kriminal


Qusarda əməliyyatlar zamanı üç nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Eldar Qadıyevdən qanunsuz olaraq saxladığı AKS-74 markalı silah, 2 ədəd həmin silaha məxsus patron darağı və 60 ədəd güllə aşkar olunaraq götürülüb.

Digər əməliyyat-axtarış tədbirləri zamanı narkotik vasitələrin əkilib-becərilməsində və daşınmasında şübhəli bilinən rayon sakinləri Novruz Aslanov və Emin Şıxkərimov saxlanılıblar. N.Aslanovun həyətyanı sahəsinə baxış keçirilən zaman onun qanunsuz olaraq əkib yetişdirdiyi 25 ədəd çətənə bitkisi aşkarlanıb.

E.Şıxkərimovdan isə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Eldar Qadıyevin barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barələrində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir