Rusiya FTX-dən “Vaqner” üzvlərinə çağırış: “Priqojinə tabe olmayın”

Dünya


“Priqojinin adından sosial şəbəkələrdə yayılan Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Vaqner”ə zərbə vurduğu ilə bağlı iddialar həqiqətə uyğun deyil və təxribatdır”.

Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən açıqlama verilib.

Vəziyyətin ciddiliyi və Rusiya Federasiyasında qarşıdurmanın kəskinləşməsi təhlükəsi ilə əlaqədar olaraq Priqojinin üsyana çağırış faktı üzrə cinayət işi açılıb.

“Vaqner” döyüşçülərini Priqojinin cinayət əmrlərini yerinə yetirməməyə və onun saxlanılması üçün tədbirlər görməyə çağırırıq”, – deyə mərkəzdən qeyd edilib.

Bildirilib ki, Priqojinin bəyanatları və hərəkətləri Rusiya Federasiyasında silahlı vətəndaş qarşıdurmasının başlaması və Rusiya hərbçilərinə – FTX-yə “arxadan bıçaq zərbəsi” vurmağa çağırışlardır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir