Yevlaxda polis əməkdaşı avtomobili aşıraraq həyatını itirib

Cəmiyyət


Yevlax rayonu ərazisində rayon sakini 1988-ci il təvəllüdlü Arif Məhərrəmov “Renault” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun kənarına aşırıb və nəticədə hadisə yerində həyatını itirib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, A.Məhərrəmov Yevlax Rayon Polis Şöbəsində polis nəfəri kimi çalışırdı.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir