Azərbaycanda internet operator və provayderlərin uçota alınmasına başlanılıb

Cəmiyyət


2023-cü ilin yanvar ayından başlayaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) elektron sistem vasitəsilə ölkədə fəaliyyət göstərən internet operator və provayderlərin uçota alınmasına başlayıb.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq başlayaraq İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.

Qeyd edilib ki, uçotaalma telekom bazarının ətraflı təhlil edilməsində və tənzimləmə imkanlarının genişləndirilməsində, eləcə də istehlakçılar və tənzimlənən subyektlər arasında münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayacaq.

Bundan başqa, əldə olunan nəticələrin təhlili Tənzimləyici qurumun telekommunikasiya bazarına istehlakçıyönümlü müdaxiləsinə və orada sağlam rəqabətin formalaşdırılmasına da imkan verəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir