Misirdə minarəyə çıxaraq intihar etmək istəyən şəxsi döyərək fikrindən daşındırdılar – VİDEO

Dünya


Misirdə minarəyə çıxaraq intihar etmək istəyən şəxsi döyərək endiriblər.

Ölkənin cənubundakı Əl-Feyyum şəhərinin Senhur kəndində 27 yaşlı Məhəmməd İbrahim psixoloji problemlərinə görə məscidin minarəsinə çıxaraq intihara cəhd edib.

İbrahimi fikrindən döndərmək üçün yanğınsöndürmə qrupu kranın köməyi ilə minarəyə qalxıb. Lakin onların danışıqları əsnasında minarəyə çıxan 2 nəfər İbrahimi döyüb və intihara cəhdin qarşısını alıb.

İbrahim minarədən endirildiyi zaman baş verənləri izləyənlər intihar cəhdi baş tutmadığı üçün sevinclərini alqışlayaraq ifadə ediblər.

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir