Prezident İlham Əliyev: “Azərbaycan-Qazaxıstan əlaqələri bütün sahələrdə uğurla inkişaf edir”

Siyasət


“Azərbaycanla Qazaxıstan arasında münasibətlər strateji xarakter daşıyır, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstanın Baş naziri Alixan Smailovu qəbul edərkən bildirib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən il Azərbaycana, özünün isə bu il Qazaxıstana səfəri zamanı əldə edilmiş razılıqların uğurla həyata keçirildiyini və onların icrasının daim diqqətdə saxlanıldığını bildirən dövlətimizin başçısı bunu əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib.

Azərbaycan Prezidenti qeyd edib ki, ölkələrimiz arasında əlaqələr regional əməkdaşlıq, o cümlədən Xəzər hövzəsində və daha geniş məkanda əməkdaşlıq üçün böyük önəm daşıyır. Bu əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bütün bunların ticarət dövriyyəsinin həcminin artırılması, əlavə biznes imkanlarının yaradılması, energetika, nəqliyyat və digər sahələrdə böyükmiqyaslı layihələrin həyata keçirilməsi işinə xidmət etdiyini vurğulayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir