Baş prokuror: “Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək”

Siyasət


“Bu gün Laçın Rayonu Prokurorluğunun açılışını etdik. Hesab edirəm ki, bu prokurorluğun tarixində çox mühüm hadisədir”.

Bu barədə Laçında jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, prokurorluq orqanları Laçında daha əvvəl də, işğaldan azad olunduqdan sonra fəaliyyət göstərirdilər.

“Amma bu gün Laçın Rayon Prokurorluğu tam heyətlə yeni binada fəaliyyətinə davam edəcək”, -deyə K.Əliyev əlavə edib.

Onun sözlərinə görə, Laçında həm Hərbi Prokurorluq, həm də mülki prokurorluq orqanları fəaliyyət göstərir.

“ Artıq Laçında mülki əhalinin sayının çox olması və eyni zamanda günü gündən artması, quruculuq işlərinin aparılmasında mülki şəxslərin iştirakı burada prokurorluğun fəaliyyətini zəruri edir”, – deyə o əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir