Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib

Cəmiyyət


Azərbaycandan Həcc ziyarətinə sonuncu zəvvar qrupu gedib.

Bunu resmixeber.az-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, zəvvarlar bu gün günorta saatlarında Məkkəyə çatıblar

“Zəvvarlar axşam dini ayinləri icra edəcəklər. Sonuncu zəvvar qrupunda 180 nəfər olub”.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə səfər iyunun 17-dən başlayıb. Ümumilikdə 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə ziyarətə gedib. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir