Parisdə baş verən partlayışda yaralananların sayı 50-yə çatıb

Dünya


Parisin mərkəzində baş verən partlayış nəticəsində yaralananların sayı 50 nəfərə çatıb.

Bu barədə Fransa paytaxtının prokurorluğu xəbər yayıb.

Bildirilir ki, onlardan altısının vəziyyəti çox ağırdır. Daha bir nəfər itkin düşüb, onun dağıntılar altında qala biləcəyi ehtimal olunur.

Bundan əvvəl Fransa Daxili İşlər Nazirliyi Parisin mərkəzində baş vermiş partlayış nəticəsində 33-ü ağır, daha dörd nəfəri kritik olmaqla 37 nəfərin yaralandığı barədə məlumat vermişdi.

Xatırladaq ki, iyunun 21-də Parisin 5-ci rayonundakı Sen-Jak küçəsindəki evdə partlayış baş verib. İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir