Ceyhun Bayramov Kral Beynəlxalq Münasibətlər İnstitutunda keçirilmiş dəyirmi masada iştirak edib – FOTO

Siyasət


İyunun 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) təşkil edilmiş dəyirmi masa müzakirələrində çıxış edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tədbirdə, Azərbaycan-Birləşmiş Krallıq münasibətləri, qlobal və regional təhlükəsizlik məsələləri, o cümlədən enerji təhlükəsizliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyi, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mövcud mina təhlükəsi, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar və digər məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov tədbir zamanı iştiraçıları maraqlandıran sualları cavablandırıb.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir