Biləsuvarda avtomobildə külli miqdarda narkotik aşkarlanıb – FOTO/VİDEO

Kriminal


Biləsuvarda VAZ markalı avtomobildə külli miqdarda narkotik aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən Gəncə şəhər sakini Amid Bayramovu saxlayıblar. Onun sərnişin kimi əyləşdiyi VAZ markalı avtomobilə baxış zamanı Amid Bayramova məxsus 18 kiloqram, o cümlədən dörd kiloqram heroin, doqquz kiloqramdan artıq metamfetamin, beş kiloqrama yaxın tiryək və 109 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı A.Bayramovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə narkotiklərin satışını təşkil etdiyi müəyyən edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı isə paytaxt sakinləri Məhəmməd Quliyev və Sübhan Rzayev Biləsuvar rayonu ərazisində saxlanılıblar. Axtarış zamanı onlardan üç kiloqramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilib.

Digər bir əməliyyat tədbiri nəticəsində saxlanılan Biləsuvar rayon sakini Camal Rəhimovun üzərindən külli miqdarda heroin, metadon həbi, yaşadığı evin həyətindən isə çətənə kolları aşkarlanaraq götürülüb.

Ümumilikdə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının son 20 gün ərzində həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 43 nəfər saxlanılıb, həmin şəxslərdən 25 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir