Venesuela ordusu hava məkanına daxil olan təyyarəni vurdu – FOTO/VİDEO

Dünya


Venesuela ordusu Meksikadan hava məkanına daxil olan təyyarəni vurub.

Venesuela akvatoriyasında yerləşən və Niderlandın ada ölkəsi olan Kürasaoya getmək üçün Meksikanın cənubundakı Kosumel şəhərindən havaya qalxan təyyarə Venesuela Bolivar Milli Silahlı Qüvvələri tərəfindən “düşmən” obyekt olaraq qeyd edilib və vurulub.

Bu barədə Venesuela Bolivar Milli Silahlı Qüvvələrinin komandiri, general Dominqo Lares Ernandes açıqlama verib. O bildirib ki, təyyarə Venesuela hava məkanına girdikdən sonra radardan itib, aşkarlanmamaq üçün koordinat ötürücüsünü və ratsiyanı söndürüb. Təyyarə, əsasən, qaçaqmalçıların eniş etdiyi Kolumbiya sərhədindəki düzənliyə doğru hərəkət etdikdə isə vurulub.

General həmçinin vurğulayıb ki, təyyarənin narkotik və silah qaçaqmalçılarına aid olduğuna dair dəlillər əldə edilib. Vurulan təyyarədə neçə nəfərin olduğu, ölən və yaralananların sayı ilə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, Venesuela bu il hava məkanına qeyri-qanuni daxil olan 34 təyyarəni vurub. 2012-ci ildən bəri isə Venesuelanın vurduğu təyyarələrin sayı 357-yə yüksəlib.

Mənbə: Ensonhaber.com

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir