Ukraynanın büdcə kəsirlərini Avropa İttifaqı bağlayacaq

Dünya


Avropa İttifaqı Ukraynaya növbəti maliyyə yardımı ayırıb.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

“Biz Ukraynaya makromaliyyə yardımı şəklində 1,5 milyard avro həcmində vəsait köçürdük”, – Avropa Komissiyasının rəhbəri qeyd edib.

Ursula fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair qanunun hazırlanması üzərində də işə başlayıb.

O həmçinin əlavə edib ki, Aİ büdcə kəsirini kompensasiya etmək üçün Ukraynaya 50 milyard dollar ayırmağı planlaşdırır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir