Beynəlxalq təşkilat: Azərbaycanla müharibədən sonra Ermənistanda gender balanssızlığı yaranıb – FOTO

Siyasət


Azərbaycanla müharibədən sonrakı zərbə Ermənistanda gender balanssızlığına səbəb olub.

“resmixeber.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müharibə və Sülh Araşdırmaları İnstitutu (IWPR) məlumat yayıb.

“Mütəxəssislər qeyd edirlər ki, Ermənistanda oğlan və qızlar arasında nisbətdə artan disbalansın səbəbi münaqişə və hələ də qeyri-sabit təhlükəsizlik vəziyyəti ola bilər.

Ermənistanın Statistika Komitəsinin 2022-ci ilə dair məlumatına görə, ölkədə hər 100 qıza 112 oğlan, 2021-ci ildə isə hər 100 qıza 109 oğlan düşüb. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) məlumatına görə, standart bioloji nisbət 105 oğlan və 100 qızdır”, – təşkilat qeyd edib.

“Müharibədən əvvəl bizim kifayət qədər yaxşı göstəricilərimiz var idi, hər il azalmamız olurdu. Təəssüf ki, müharibədən sonra cəmiyyətin əhval-ruhiyyəsində və qavrayışında yenidən müəyyən dəyişiklik oldu”, – Ermənistanın səhiyyə naziri Anait Avanesyan Müharibə və Sülh Araşdırmaları İnstitutuna açıqlamasında deyib.

“Ermənistan onilliklərdir yüksək səviyyəli prenatal cinsi seçimlə mübarizə aparır. Mühafizəkar, patriarxal cəmiyyət oğlanları qızlardan daha çox qiymətləndirir və uşağın cinsiyyətini erkən mərhələdə bilməyə imkan verən texnologiya sayəsində bəzi ailələrdə qadın döl doğulduğu təqdirdə abort edilir”, – təşkilat qeyd edib.

“Bu, milli mentalitet problemidir; cəmiyyət həm burada, həm də daha geniş regionda ailənin davamı kimi oğulları qızlardan üstün tutur”, – psixoloq Sona Hovakimyan bildirib.

Maarifləndirmə kampaniyaları və uşağın cinsiyyətinin sonrakı mərhələdə elan edilməsi kimi tədbirlər 2010-cu illərin sonlarında azalmış balanssızlığı tədricən aradan qaldırıb. Sonra 2020-ci ildə ölkəni sarsıdan müharibə başlayıb.

Psixoloq Hovakimyanın fikrincə, oğlunu itirmiş analar övladının boşluğunu doldurmaq üçün oğlan uşağı dünyaya gətirməyə can atırlar.

UNFPA-nın 2022-ci il üzrə araşdırması da göstərib ki, Ermənistanda oğlanlara qızlara üstünlük verilir. Təşkilatın keçirdiyi sorğuda iştirak edən respondentlərin təxminən 91 faizi “nəsli oğullar davam etdirir”, 83 faiz isə “oğlanlar vətənin müdafiəçisidir” deyib. Halbuki UNFPA-nın 2017-ci ildə keçirdiyi oxşar sorğuda respondentlər müvafiq olaraq 64 % və 17 % təşkil edib.

Təşkilat qeyd edib ki, oğulları “vətənin müdafiəçisi” kimi görən respondentlərin artmasına səbəb 2020-ci il müharibəsindəki məğlubiyyət və digər amillərdir.

Mütəxəssislər hesab edir ki, problemin kökünü tapıb aradan qaldırmaq lazımdır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir