Argentinanın şimalında yerləşən Jujuy əyalətində polislə qarşıdurmada 100-ə yaxın adam xəsarət alıb.
Məlumatı əyalətin hökumət orqanları yayıb.
Qeyd olunur ki, zərərçəkənlər, əsasən, göz xəsarətləri, sınıqlar və kəsilmiş-deşilmiş yaralarla həkimlərə müraciət ediblər.
Qarşıdurmalar bir qrup etirazçının regionun yeni konstitusiyasının qəbuluna etiraz etməsi ilə başlayıb.
Nümayişçilər yeni qanunvericiliyin qəbulu üçün təşkil edilən mərasimə müdaxilə edərək tədbirin keçirildiyi binaya daxil olmağa çalışıblar.
Yeni qanunların əleyhdarları hesab edirlər ki, dəyişiklik vətəndaşların sosial təminatını və yerli əhalinin hüquqlarını məhdudlaşdırır.
Mənbə: La Nacion
www.RESMIXEBER.az