Musiqi məktəblərinin ötənilki məzunlarına diplom verilmir

Cəmiyyət


Azərbaycanda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin ötənilki məzunlarına hələ də diplomlar verilməyib. Baxmayaraq ki, üzərindən bir ildən çoxdur vaxt keçib.

Bununla bağlı Bizim.Media-ya övladları musiqi məktəblərində təhsil alıb bitirən valideynlər müraciət ediblər.

Dediklərinə görə övladları ötən il məzun olsalar da, diplomların verilməsi nədənsə gecikir. Musiqi məktəblərindən valideynlərə  “diplomların verilməsi Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Gözləyin”, – deyə bildirilib.

Məsələ bir neçə ay əvvəl də ictimailəşdirilmişdi. Amma problemin həlli ilə bağlı müsbət dəyişiklik olmayıb. Ümumiyyətlə diplomların verilməsinin hansı səbəbdən ləngiməsi haqda heç bir məlumat verilmir. 

Növbəti müraciətə cavab olaraq nazirliyin mətbuat katibi Aynur Kərimova məsələnin daxili nəzarət şöbəsində araşdırıldığını, araşdırma tam bitəndən sonra açıqlama verəcəklərini bildirib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir