Varlılar üçün dünyanın ən bahalı 10 şəhərinin adı açıqlandı – FOTO

Dünya


Varlılar üçün dünyanın ən bahalı 10 şəhərinin adı açıqlanıb.  

Bu barədə İsveçrənin “Julius Baer” özəl bankının 2023-cü il üzrə dərc etdiyi “Qlobal zənginlik və həyat tərzi” hesabatında məlumat verilib.

Mərkəzi ofisi İsveçrədə yerləşən “Julius Baer” özəl bankı yaşayış yerləri, avtomobillər, biznes-klass uçuşları, məktəblər, qidalanma və digər üstün amilləri təhlil edib və varlılar üçün dünyanın ən bahalı şəhərlərini müəyyən edib.

Sıralamaya görə, Sinqapur 2023-cü ildə dəbdəbəli yaşayış üçün ən bahalı şəhər hesab edilib. Ötən il beşinci yerdə olan Sinqapur bu il Şanxayı zirvədən endirib.

“Julius Baer” analitiklərinin məlumatına görə, 5,5 milyon əhalisi olan Sinqapur şəhər dövlətində 1500 ailə şirkəti fəaliyyət göstərir və bu rəqəm əvvəlki illə müqayisədə iki dəfə artıb. Sinqapurun investorları cəlb etməkdə uğur əldə etdiyi, lakin bunun qiymətlərin artmasına səbəb olduğu qeyd edilib. Həmçinin Sinqapurun dünyada ən yüksək avtomobil qiymətlərinə sahib olduğu da vurğulanıb.

Kirayə və məktəb haqlarının, eləcə də nəqliyyat vasitəsi vergilərinin yüksək olduğu Sinqapurda tibbi sığorta qiymətləri də qlobal orta göstəricidən yüksəkdir.

Sinqapurda adambaşına düşən ÜDM-nin də ən yüksək göstərici olduğu deyilib.

“Uzun müddətdir yaşanıla bilən, sabit və kosmopolit hesab edilən Sinqapur indi varlılar üçün aparıcı qlobal mərkəzə çevrilmək yolundadır”, – deyə analitiklər bildiriblər.

Beləliklə, “Julius Baerin” “Varlılar üçün yaxşı həyat”ın olduğu 10 şəhər siyahısında Sinqapurdan sonra Şanxay, Honkonq, London, Nyu-York, Monako, Dubay, Taypey, San-Paulo və Mayami şəhərləri yer alıb. 

Mənbə: Haber Global

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir