Xəstəliyinə görə yoldaşı tərk etdi, övladlarını görə bilmir: “Sağalıb ailəmi başıma yığmaq istəyirəm” – FOTO

Cəmiyyət


39 yaşlı Cavid Dadaşovun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə resmixeber.az-a Cavid Dadaşovun özü məlumat verib.

O bildirib ki, böyrək çatışmazlığından əziyyət çəkir.

“Artıq iki ildir ki, böyrək çatışmazlığından əziyyət çəkirəm. Xəstəliyimin ilk dövrləri işləyib müalicələrimin bir qismini edə bilsəm də, günü-gündən ağrılarım artdığı üçün artıq işləyə də bilmirəm. İllərdir yaşadığımız kənddə ustalıq, fəhləliklə məşğul olmuşam. İndi xəstəliyimə görə heç kim iş də vermək istəmir. Günlük qidalanmağı, digər xərcləri anamın pensiyası ilə qarşılamağa çalışırıq. Müalicəmin bir kursu üçün ehtiyacım olan 1 500 manatın 1 000 manatını yardımsevər şəxslərin dəstəyi ilə toplaya bilsəm də, 500 manatı yığa bilmirəm”.

Cavid Dadaşov bildirib ki, son bir ildə övladlarını görə bilmir.

“Artıq işləyə, ailəmə normal baxa bilmirəm deyə yoldaşım bir ildir ki, çıxıb atası evinə gedib. İki qız övladım var, inanın, bir ildə heç iki-üç dəfə üzlərini görə bilməmişəm. Onların yanında da çox xəcalətliyəm, ata kimi borclarımı yerinə yetirə bilmədiyim üçün. Yardımsevər şəxslərdən mənə dəstək olmalarını xahiş edirəm. Mən sağlamlığıma qovuşub ailəmi yenidən başıma yığıb yaşamaq istəyirəm. Bunun üçün sizin dəstəyinizə çox ehtiyacım var”.

Cavid Dadaşovla əlaqə: (055) 498-40-63

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir