“Qarabağ” Portuqaliya klubunun hücumçusunu transfer edə bilər

Dünya


Portuqaliyanın “Maritimu” klubunun futbolçusu Diderik Joel karyerasını Azərbaycanda davam etdirə bilər.

“Qarabağ” 30 yaşlı hücumçunun xidmətində maraqlıdır.

“Maritimu” aşağı liqaya düşdüyü üçün kamerunlu forvard komandada qalmaq fikrində deyil. Ağdam təmsilçisi həm kluba, həm də oyunçuya təklif göndərib.

Son olaraq icarə əsasında Səudiyyə Ərəbistanının “Əl-Həzm” klubunun formasını geyinən Diderik Joel 15 matçda yeddi qola imza atıb.

Mənbə: A Bola

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir