Saraylığından əsər-əlamət olmayan qəsəbənin sakinləri imdad diləyirlər – VİDEO

Cəmiyyət


Abşeronun Saray qəsəbəsi, Hacı Zeynalabdin Tağıyev küçəsinin problemləri illərdir bitmir.

Sakinlər deyirlər ki, döymədikləri qapı qalmasa da, səslərini eşidən yoxdur. Onların sözlərinə görə, kanalizasiya sisteminin düzgün işləməməsi səbəbindən ərazidə antisanitar vəziyyət yaranıb.

“3-5 gündən bir kanalizasiya tutulur. Havalar isinən kimi üfunətdən həyətdə oturmaq olmur”, – deyə qəsəbə sakinləri qeyd ediblər.

Qəsəbənin Mikayıl Müşfiq küçəsində də sakinlər problem əlindən təngə gəliblər. 

Onlar yolun təmir olunmamasından narazılıq edirlər:

“İşıqlanmanı indi düzəldirlər. O gün yeniyetmə qızı maşın vurdu. Burada ya kimisə maşın vurur, ya da avtomobil qəzası olur”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir