TƏBİB: “Azərbaycanda dövlət xəstəxanalarında keçirilən bəzi əməliyyatlar xaricdə çətinliklə aparılır”

Cəmiyyət


“Azərbaycanda dövlət tibb müəssisələrində keçirilən bəzi əməliyyatlar xarici ölkələrdə çətinliklə həyata keçirilir”.

resmixeber.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda deyib.

O bildirib ki, dövlət tibb müəssisələrində çalışan, xaricdə təhsil alan çox peşəkar həkimlərimiz var:

“Gənc kadrlarımız kifayət qədər artıb. Nümunə olaraq qeyd etməliyəm ki, Klinik Tibbi Mərkəzdə son dövrlərdə baş verən dəyişikliklərlə bir çoxunuz tanış olmusunuz. Bakıda və regionlarda yerləşən dövlət tibb mərkəzlərində tibbi xidmətin keyfiyyəti kəskin şəkildə artıb. Aparılan sorğularla vətəndaş məmnuniyyəti artıb. Bu səbəbdən özəl tibb müəssisələri dövlət tibb müəssisələri ilə rəqabətə əsasən, dünyada çıxan yeni texnologiyaları və yenilikləri ölkəmizə gətirməlidir. Dövlət tibb müəssisələrində bu proses bir az ləngiyir. Çünki bəzi satınalmalara riayət olunmalıdır”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir