Cəlilabadda avtomobil səkkiz yaşlı uşağı vuraraq ağır xəsarət yetirib

Cəmiyyət


Cəlilabad şəhərinin Ü.Hacıbəyov küçəsində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“resmixeber.az”un məlumatına görə, yolu keçən 2015-ci il təvəllüdlü Ramazan Vüqar oğlu Ərəblini avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş beyinin zədələnməsi və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir