Əqli və fiziki cəhətdən məhdudiyyətli uşaqların sayı açıqlanıb

Cəmiyyət


Ötən ilin sonuna olan statistik məlumatlara əsasən görmə qabiliyyəti tam məhdud 720 uşaq qeydiyyatda olub.

Bu barədə Dövlət Statistika Komitəsindən resmixeber.az-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, ötən ilin sonuna qeydiyyatda olan görmə qabiliyyəti qismən məhdud uşaqların sayı isə 16 800 nəfər olub.

2022-ci ilin sonuna qeydiyyatda olan eşitmə qabiliyyəti tam məhdud uşaqların sayı 1 236, eşitmə qabiliyyəti qismən məhdud olanların sayı isə 2 082 nəfər olub.

Əqli geriliyi olan uşaqların sayı 5 275, nitq pozuntusu olan uşaqların sayı 4 417, poliomielit və serebral iflic qalığı olan uşaqların sayı 3 648, skolioz (onurğa sütunun əyilməsi) xəstəliyi ilə qeydiyyatda olan uşaqların sayı isə 4 812 nəfər olub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir