Ukraynalı deputat Kaxovka faciəsi ilə bağlı digər ölkələrdə daimi komissiyaların yaradılmasını təklif edib

Dünya


“Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasındakı (SES) faciə öz miqyası ilə insanı şoka salır. Əlbəttə ki, bu təbii fəlakət bütün regiona təsir göstərir. Belə ki, çoxlu sayda ev dağılıb, kənd təsərrüfatı əraziləri məhv olub”.

Bunu “resmixeber.az”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının hakim Xalqın Xidmətçisi partiyasından deputatı Yuriy Kamelçuk bildirib.

“Güman ki, bu, müxtəlif infeksiyaların yayılmasına səbəb olur. Odur ki, bu məqsədlə beynəlxalq təşkilatlar daha sürətli şəkildə Ukraynaya humanitar yardım göstərə bilərdi. Bu məsələ təkcə Ukraynaya aid deyil. Söhbət insanların təhlükəsiz ərazilərə köçürülməsindən, sağ qalan heyvanların xilas edilməsindən gedir. İndi əsas məsələlərdən biri fəsadların aradan qaldırılmasıdır. Könüllülər bu məsələdə vacib rol oynayıblar. Bura həm ukraynalı, həm də xarici könüllülər daxildirlər”.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı reaksiyası çox zəifdir:

“Bu regiona könüllülərin, xeyriyyə fondlarının yardımı daha tez, daha çox tədarük olunur. Bəs bu mənada müxtəlif ölkələr necə fəaliyyət göstərə bilərlər? Fikrimcə, onlar sərəncamlarında müxtəlif fondların olacağı, qərarların sürətli şəkildə veriləcəyi daimi komissiyalar yaratmalıdırlar. Əks təqdirdə, hər hansı problemin həlli müxtəlif bürokratik əngəllər üzündən uzanır. Azərbaycan, Türkiyə daxil olmaqla, Ukrayna ilə dostluq münasibətləri olan ölkələr Ukraynaya çətin məqamda hər zaman yardım göstərirlər. Azərbaycan başda olmaqla onlara minnətdarıq”, – deyə, deputat əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir