Qreq Vayner: “Paşinyan üzünü Bakı və Vaşinqtona tərəf çevirdi”

Siyasət


Son aylar Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda çox fəallaşıb, Ermənistan – Azərbaycan nizamlanma prosesinin müzakirəsi üçün öz platformasını təqdim edir.

Xatırladaq ki, may ayında ABŞ-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü oldu və bu, Rusiyanın mənfi reaksiyasına səbəb oldu.

Maraqlıdır, Vaşinqton bu fəallığını davam etdirəcək, yoxsa bir il beş aydan sonra baş tutması gözlənilən prezident seçkisi yaxınlaşdıqca Vaşinqton tərəfinin aktivliyi azalacaq?

resmixeber.az-a açıqlama verən amerikalı politoloq Qreq Vayner öncə Vaşinqtonun Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə müdaxiləsinin səbəblərinə toxunub:

“Fikrimcə, burada əsas məsələ Ermənistan rəhbərliyinin Moskvanın mövqeyindən məyus olmasıdır. Cənab Paşinyan başa düşdü ki, Rusiyanın böyük yardımına arxalanmağa, yaxud onun ermənipərəst mövqedən çıxış edəcəyini gözləməyə ehtiyac yoxdur. O, üzünü Bakı və Vaşinqtona tərəf döndərdi. ABŞ isə belə olan vəziyyətdə onunla görüşə getdi. Ona görə də Ermənistan və Azərbaycan nümayəndələri Birləşmiş Ştatlarda görüşlər keçirdilər və bu danışıqlar kifayət qədər uğurlu oldu. Məlum olduğu kimi, ABŞ-dəki danışıqlar Rusiyadakından heç də az faydalı deyil, əksinə, bəlkə də, daha məhsuldardır”.

Qreq Vayner hesab edir ki, tərəflərin Vaşinqtonda razılığa gəlmələri daha asandır. Belə ki, Azərbaycanın ABŞ ilə yaxşı münasibətləri var, Ermənistan isə anlayır ki, burada böyük erməni diasporu fəaliyyət göstərir.

Amerikalı politoloq hesab edir ki, ABŞ-nin xarici siyasətində Cənubi Qafqazla bağlı siyasət trend olaraq qalacaq.

“Unutmayaq ki, Co Bayden bir vaxtlar Senatın Xarici Siyasət Komitəsinin rəhbəri olub. Prezident Barak Obamanın dövründə vitse-prezident kimi Co Bayden dünyanın müxtəlif qaynar nöqtələrindəki münaqişələrlə məşğul olurdu və ABŞ-nin beynəlxalq siyasətinə rəhbərlik edirdi. İnanmıram ki, Bayden administrasiyası seçki kampaniyası naminə xarici siyasətə diqqətini azaltsın. Hesab edirəm ki, bu temp qorunub-saxlanılacaq”, – deyə politoloq Qreq Vayner vurğulayıb.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir