Güney azərbaycanlılar İran prezidentinin xanımının irqçi çıxışı ilə bağlı BMT-yə müraciət etdilər – FOTO

Dünya


Güney azərbaycanlı ziyalılar İran prezidentinin xanımının irqçi çıxışı ilə bağlı BMT-yə müraciət ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, İranda islam pərdəsi ilə maskalanan molla rejimi bütün göstəriciləri ilə şovinizm siyasəti yürüdür. Hazırda siyasi hakimiyyətdə olan bu ideologiyanın daşıyıcıları hələ də moğolları (monqol-tatarlar), ərəb və türkləri özlərinin düşməni sayırlar.

Belə ki, bu günlərdə İran Prezidenti İbrahim Rəisi xanımı Cəmilə Aləmulhuda ilə birlikdə Venesuelada səfərdə olub. Səfər çərçivəsində İranın birinci xanımı yerli televiziya kanallarından birinə müsahibə verib və danışarkən irqçi fikirlər söyləyib:

“Ərəblər, türklər və moğollar bizim düşmənimiz olublar”, – deyə o bildirib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir