Çempionlar Liqası: “Qarabağ”ın ilk rəqibi müəyyənləşdi – YENİLƏNİB

Dünya


Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

resmixeber.az xəbər verir ki, Ağdam klubu ilk raundda Cəbəllütariqin “Linkoln” klubu ilə üz-üzə gələcək. “Atlılar” ilk oyunu səfərdə keçirəcəklər.

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə iyulun 18-19-da keçiriləcək.

11:17

UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatması ərəfəsində klubları qruplara bölüb.

resmixeber.az xəbər verir ki, “Qarabağ”ın potensial rəqiblərinin sayı beşə enib.

Ağdam klubunun bəxtinə “Rakuv” (Polşa), “Linkoln” (Cəbəllütariq), “Valmiera” (Latviya), “Larn” (Şimali Makedoniya) və ya “Svift Esperanj” (Lüksemburq) düşəcək.

09:48

Bu gün Çempionlar Liqasında 2023/24 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq.

resmixeber.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq tədbir Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edəcək “Qarabağ”ın da ilk rəqibi bəlli olacaq. Ağdam təmsilçisi püşkatma zamanı güclülərin yer aldığı səpələnmişlər sırasında olacaq. Bu isə o deməkdir ki, “atlılar” nisbətən münasib komandaya rəqib olacaqlar.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Ferentsvaroş” (Macarıstan), “Qarabağ” (Azərbaycan), “Slovan” (Slovakiya), “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), BATE (Belarus), “Astana” (Qazaxıstan), “Makkabi” (Hayfa, İsrail), “Jalgiris” (Litva), HIK (Finlandiya), “Flora” (Estoniya), “Şemrok Rovers” (İrlandiya), TNS (Uels), “Olimpiya” (Sloveniya), “Zrinski” (Bosniya və Herseqovina).

Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), İlkin mərhələnin qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Partizani” (Albaniya), “Haken” (İsveç), “Farul” (Rumıniya), “Valmiera” (Latviya), “Ballkani” (Kosovo), “Larn” (Şimali İrlandiya), “Urartu” (Ermənistan), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir