Rusiyada barıt zavodunda partlayış baş verdi: Ölənlər var – VİDEO

Dünya


Rusiyanın Tambov vilayətində barıt zavodunda partlayış baş verib.

Nəticədə dörd nəfər ölüb, daha iki nəfər yaralanıb.

Bu barədə Fövqəladə Hallar Xidməti məlumat verib. Xidmətdən bildirilib ki, 1 kv.m sahədə baş verən yanğın söndürülüb.

Tambov vilayətinin qubernatoru Maksim Yeqorov yanğının səbəbləri barədə açıqlama verib.

Onun sözlərinə görə, hadisəyə insan amili səbəb olub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir