Türkiyə, Rusiya, Suriya və İran nümayəndələri Astanada danışıqlar aparırlar – FOTO

Dünya


Qazaxıstan paytaxtında Suriyada vəziyyətin nizamlanması üzrə Astana formatında danışıqlar başlayıb.

Danışıqlarda Türkiyə, Rusiya, Suriya və İran nümayəndələri iştirak edirlər. Görüş bu formatda aparılan danışıqların 20-ci raundudur.

Danışıqlarda Türkiyəni xarici işlər nazirinin müavini Burak Akçapar, Suriyanı xarici işlər nazirinin müavini Ayman Susan, İranı xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı təmsil edir.

Rusiya tərəfdən isə Rusiya prezidentinin iki xüsusi nümayəndəsi – Aleksandr Lavrentyev və Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov iştirak edirlər.

Danışıqlar bu gün Rusiya və Suriya hökumətləri nümayəndə heyətlərinin görüşü ilə başlayıb.

Həmçinin Astana formatı çərçivəsində Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli görüş keçiriləcək.

Gündəmdə duran əsas məsələ Dəməşqlə Ankara arasında münasibətlərin normallaşmasıdır.

Mənbə: Bigasia.ru

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir