“WhatsApp”dan yeni sevindirici funksiya: Problemlər yerində həll olunacaq – FOTO

DIN


“WhatsApp” istifadəçiyə texniki dəstək xidməti ilə birbaşa çatdan əlaqə saxlamağa imkan verəcək funksiyanı sınaqdan keçirir. Beləliklə, artıq problemin həlli üçün elektron məktub göndərmək lazım deyil.

Müvafiq variant “Windows” üçün mesencerin 2.2322.1.0 nömrəli “beta” versiyasında görünüb.

Yeni funksiyada istifadəçilər üçün “Bizimlə əlaqə saxlayın” düyməsi əlavə olunub. Düyməni basdıqdan sonra görünən pəncərədə “Sizə necə kömək edə biləcəyimizi bizə bildirin” deyilir.

Ənənəvi ünsiyyət formasına öyrənənlər üçün isə elektron poçtla texniki dəstəyə müraciət etməyi təklif edən keçid var.

Funksiyanın geniş istifadəçi kütləsi üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.

Mənbə: WABetaInfo

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir